Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dostluq” kinoteatrı sökülür? - FOTOlar

“Dostluq” kinoteatrı sökülür? - FOTOlar

Tarix: 9 Iyun 2021 18:24

Bakı şəhəri, Azadlıq prospektində yerləşən "Dostluq" (Drujba) kinoteatrı sökülür. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə memar Elçin Əliyev sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, 1952-ci ildə tikilən bina "Stalinist" memarlıq dövrünə məxsus abidədir. Memar sözügedən kinoteatrın yerində çoxmərtəbəli binanın tikiləcəyini iddia edib.

Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət etdik. Saytımıza bildirildi ki, sözügedən tikili tarixi abidə deyil.

Mövzu haqda Mədəniyyət Nazirliyinə də sorğu göndərdik. "Qafqazinfo"ya açıqlandı ki, "Dostluq" (Drujba) kinoteatrının binası nazirliyin balansında qeydiyyatda deyil.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə söküntü xəbəri haqda ünvanladığımız sorğuya isə hələ də cavab ala bilməmişik.

Milli.Az


Etiketlər:  Dostluq kinoteatrı sökülür FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ