Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2021 21:57
Qarabağdakı döyüşlər zamanı ölən daha 4 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, meyitlər Cəbrayıl rayonu ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 567-yə çatıb.