Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 10:06
Bakıda işıqforda dayanan maşının sərnişini zibillə dolu sellofan torbanı küçəyə atıb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, görüntülər həmin anın şahidi olan sürücülərdən birinin avtomobilindəki ''videoqeydiyyat-cihazı'' tərəfindən çəkilib.
Hadisə ötən gün paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə və Mehdi Abbasov küçəsinin kəsişməsində baş verib.
Həmin şəxs kadrları sosial şəbəkədə paylaşaraq zibili küçəyə atanı qınayıb.
Minik avtomobilində sərnişin qismində olan yaşlı qadın avtomobilin svetoforda dayanmasından istifadə edərək qapını açıb və zibil torbasını küçənin ortasına ataraq yolu zibilləyib.
Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, bu hərəkətlə sərnişin inzibati xəta törədib.
Bu cür videolar sosial şəbəkələrdə yayılan kimi Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ona reaksiya verir. Araz Əsgərli qeyd edir ki, sözügedən faktla bağlı həmin nəqliyyat vasitəsinin sürücüsü saxlanacaq və sərnişin barəsində qanunauyğun şəkildə tədbir görüləcək.
Qeyd edək ki, bu cür hallar əksər dövlətlərdə baş verdikdə ətrafda olanlar dərhal hansısa bir formada onlara müdaxilə edirlər. Bu isə bir daha göstərir ki, təkcə marifləndirmə və ya hansısa qanuni cəza deyil, ictimai qınaq da olduqca effektlidir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: