Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

5 rayonun kənd və qəsəbələrində qaz təchizatı dayandırılıb - SİYAHI

5 rayonun kənd və qəsəbələrində qaz təchizatı dayandırılıb - SİYAHI

Tarix: 6 Avqust 2019 10:40

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün səhər saat 09:00-dan 2 gün müddətinə Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz xəttində təmir işləri planlaşdırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu müddət ərzində Ağsu, Kürdəmir, İsmayıllı və Göyçay rayonlarının bir neçə qəsəbə və kəndində qaz təchizatı dayandırılıb.

Bundan başqa saat 10:00-dan 18:00-a qədər Qazax rayonunun mərkəzində də qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bu zaman kəsiyində qaz xətlərində aşkarlanmış qaz sızmalarının ləğvi, korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri icra olunacaq.


Etiketlər:  5 rayonun kənd qəsəbələrində qaz təchizatı dayandırılıb SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ