Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 16:38
İtaliya millisinin futbolçusu Çiro İmmobile ötən gün Avro-2020-də Türkiyəyə qalib gəldikləri oyun haqqında danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, komandasının qollarından birini vuran 31 yaşlı hücumçu qələbəni belə şərh edib:
"Azarkeşlərimizin sevincini görmək möhtəşəm idi. Uzun müddətdən sonra bir araya gəldik. Bu axşam səbrli davrandıq. Türkiyə güclü bir komandadır və yüksək səviyyəli yığmalara problem yaratmağı bacarıblar. İlk hissədə onları yormağa səy göstərdik. Top sağa və sola hərəkət etdirərək rəqibin müdafiəsini yarmağa çalışdıq. Təəsüf ki, hava mübarizəsində yaxşı oynamadığımıza görə ilk hissədə qol vura bilmədik. Türkiyə fasilədən sonra ikinci hissədə daha çox yoruldu. Qol buraxandan sonra isə müdafiələrində boşluqlar artdı. Elə həmin andan oyun səviyyəmizi üzə çıxdı. Rəqibi çox yorduq. Qalib gəldiyimiz üçün xoşbəxtik".