Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PKK Afrini atəşə tutub, azı 13 nəfər ölüb

PKK Afrini atəşə tutub, azı 13 nəfər ölüb

Tarix: 12 Iyun 2021 23:04

PKK silahlılarının Suriyanın Afrin şəhərinin mərkəzini və yerli xəstəxananı atəşə tutması nəticəsində azı 13 mülki şəxs həyatını itirib və çox sayda insan yaralanıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Tel-Rifat bölgəsində yerləşən terrorçular Afrinin mərkəzinə və Şifa xəstəxanasına artilleriya silahlarından atəş açıblar. Nəticədə 13 mülki şəxs həyatını itirib və çox sayda yaralı var", - deyə nazirliyin "Twitter" səhifəsində bildirilib.

"Anadolu" agentliyinin yazdığına görə, hücum zamanı azı 27 nəfər yaralanıb.


Etiketlər:  Afrini atəşə tutub azı nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ