Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2021 07:36
Şabran rayonunda Gəndov kəndi ərazisindən keçən kanalda naməlum kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Vəlvələçay-Taxtakörpü kanalında aşkarlanan naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.