Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Laçında iki hərbi qulluqçumuz həlak olub - DSX

Laçında iki hərbi qulluqçumuz həlak olub - DSX

Tarix: 16 Iyun 2021 21:32

İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, DSX-dən bildirilib ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında "MAZ" markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu dünyasını dəyişib.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.


Etiketlər:  Laçında hərbi qulluqçumuz həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ