Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2021 22:02
ABŞ-da COVID-19 infeksiyasına ilk yoluxma halları çox güman ki, hələ rəsmən qeydə alınmamışdan öncə - 2019-cu ilin dekabr ayında baş verib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ABŞ milli səhiyyə institutlarının (NIH) mütəxəssislərinin məlumatına əsasən, Birləşmiş Ştatların 50 ştatının sakinlərindən 2020-ci il yanvarın 2-dən martın 18-dək alınan 24 min qan nümunəsinin tədqiqatı zamanı İllinoys, Massaçusets, Missisipi, Pensilvaniya və Viskonsin ştatlarının doqquz təmsilçisində SARS-CoV-2 virusuna qarşı anticisimlər aşkarlanıb.
Müsbət nümunələrin əksəriyyəti bu ştatlarda qeydə alınmış ilk yoluxma hallarından əvvəlki dövrə aiddir. Bununla yanaşı, ABŞ-da hələ də hesab edirlər ki, COVID-19 infeksiyası Sietl və Nyu-York ştatlarından yayılmağa başlayıb.