Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hava limanında külli miqdara tibbi ləvazimatlar və dərman preparatları aşkarlanıb

Hava limanında külli miqdara tibbi ləvazimatlar və dərman preparatları aşkarlanıb

Tarix: 6 Avqust 2019 17:06

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatları və tibbi ləvazimatların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus baqajlar T1 terminalının bunkerində rentgen aparatından keçərkən monitorda şübhəli cizgilər müşahidə edildiyindən baqajların üzərinə xüsusi işarələnmiş qırmızı lent vurulub. Lakin sərnişin gəliş zalındakı lentin üzərindən baqajları götürdükdən sonra qırmızı lenti qoparıb və gömrük nəzarəti zonasını "Yaşıl Kanal" buraxılış sistemindən istifadə etməklə keçmək istəyib. Gömrükçülər tərəfindən "Qırmızı Kanal"a yönləndirilən şəxsin baqajları rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünüb. Bundan sonra sərnişin yoxlama otağına dəvət olunub. Yoxlama zamanı vətəndaşa məxsus 2 ədəd çamadan və 1 ədəd əl çantasının içərisindən gömrük orqanına bəyan olunmayan stomatologiya sahəsində istifadə edilən 34 adda, külli miqdarda tibbi ləvazimatlar, maddələr və dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Hava limanında külli miqdara tibbi ləvazimatlar dərman preparatları aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ