Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2021 02:00
Model Tülin Şahin ilə keçmiş əri Pedro de Noronha arasında baş verən qalmaqal günlərdir gündəmdən düşmür.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Şahin qızı Siena Leylanın atası Pedro ilə ötən il ayrılıb. Şahin Noronhanın telefonla danışığını eşidib. O, keçmiş ərinin övladını xaricə qaçırmasından qorxduğunu deyib.
"Telefonda deyirdi ki, Leylanı xaricə qaçırmaqdan qorxuram. Bir nəfərə avtomobili Bolqarıstana və ya Yunanıstana gətirməsini deyirdi" deyə, model söyləyib.
Bunla bağlı yaxın dostlarına danışan Tülin narahat olduğunu deyərək, kömək istəyib. Modelin yaxınları Pedronun onu döyməklə yanaşı 1 yaşındakı qızına da şiddət göstərdiyini bildirib.