Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Renatın gələcəkdə fantastik futbolçuya çevriləcəyinə ümid edirəm''

''Renatın gələcəkdə fantastik futbolçuya çevriləcəyinə ümid edirəm''

Tarix: 6 Avqust 2019 18:48

“Ötən mövsüm ərzində Renatın oyununu izləmişəm. Çox yaxşı perspektivi var. Onu klubumuzda salamlamaqdan şadıq”.

Qol.az xəbər verir ki, bu sözləri “Vulverhempton”un idman direktoru Kevin Telluel millimizin üzvü Renat Dadaşovun transferi haqda danışarkən deyib.

O, klubun rəsmi saytına açıqlamasında Renatın gələcəkdə fantastik futbolçuya çevirləcəyini bildirib: “Transfer pəncərəsi” dövründə işləyərəkən, yalnız bu günə deyil, gələcəyə də köklənirik. Ümid edirəm ki, gələcəkdə fantastik futbolçuya çevirləcək bir oyunçu ilə müqavilə bağladıq. Renatda “Vulverhempton” üçün axtardığımız futbolçuya xas hər şey var. O, bir il sonra daha yaxşı futbolçu kimi qayıtmaq üçün “Pakuş de Ferreyra”ya icarəyə yollanır. “Pakuş de Ferreyra” Diequ Jotanın timsalında necə yaxşı oyunçu yetişdirdiyi məlumdur. İndi isə Renata orada uğurlar arzulayırıq və çıxışını diqqətlə izləyəcəyik”.

Qeyd edək ki, “Vulverhempton” Portuqaliyanın “Eştoril” klubundan transfer etdiyi Dadaşovla 4 illik müqavilə bağlayıb.

 


Etiketlər:  Renatın gələcəkdə fantastik futbolçuya çevriləcəyinə ümid edirəm


RƏYLƏR