Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda tarixi məscid dağılır - VİDEO

Bakıda tarixi məscid dağılır - VİDEO

Tarix: 18 Iyun 2021 12:40

Abşeron rayonunun Novxanı qəsəbəsindəkı "Şah Sultan Hüseyn" məscidi bir zamanlar qədim yaşayış məskəninin mərkəzi olub. İndi isə baxımsız vəziyyətdədir. Gözdən-könüldən uzaq düşüb. Əvvəl ibadət yeri  kimi üz tutulan məscidə, təəssüf ki, bu gün tullantıları atmaq üçün  gedilir.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, qədimi məscid baxımsız qalıb.

Məscid 17-ci əsrdə Səfəvi hökmdarlarından olan Şah Sultan Hüseynin göstərişi ilə inşa edilib. Birmərtəbəli, kürsülü tikilən məscid 4 otaqdan ibarət olub. Qəsəbə sakinlərinin sözlərinə görə, bir müddət öncəyə qədər üzərində balaca bir lövhəsi də olub.  İndi o belə yoxdur. Artıq bura davamlı olaraq zibil atılır.

Məsələ ilə bağlı Novxanı Bələdiyyəsinə getdik. Qurumdan bildirildi ki, məscidin bərpası ilə bağlı heç nə deyə bilməzlər. Yenidənqurma işləri Mədəniyyət nazirliyi tərəfindən aparıla bilər. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli isə "XəzərXəbər"ə bildirdi ki, məsələ dövlət xidməti tərəfindən nəzarətə götürülərək tez bir zamanda həll olunacaq.

Qeyd edək ki, məscid Nazirlər Kabinetinin  2 avqust 2021-ci il tarixli qərarı ilə  dövlət tərəfindən mühafizə olunan daşınmaz tarixi mədəniyyət abidələri siyahısına yerli memarlıq abidəsi kimi daxil edilib. 


Etiketlər:  Bakıda tarixi məscid dağılır VİDEO


RƏYLƏR