Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2021 16:54
Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Sahle-Vork Zevdedən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan əməkdaşlıq qarşıdakı illərdə ortaq maraq kəsb edən bütün sahələrdə daha da dərinləşəcək.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".