Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2021 19:14
AVRO-2020-də qrup mərhələsinin III turunun ilk təyinatları açıqlanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, iyunun 20-də Bakı Olimpiya Stadionunda baş tutacaq İsveçrə - Türkiyə qarşılaşmasını sloveniyalı Slavko Vinçiç idarə edəcək.
Ona həmyerliləri kömək edəcək. Dördüncü və ehtiyat beşinci hakim İsveçdəndir. UEFA Almaniyadan olan briqadaya VAR hakimləri kimi təyinat verib. Görüşün hakim-inspektoru rusiyalı Nikolay Levnikov, UEFA nümayəndəsi isə gürcüstanlı İrakli Nakaidze olacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.