Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2021 23:36
AÇ-2020-nin C qrupu çərçivəsində keçirilən Ukrayna - Avstriya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, Avstriya yığmasının yarımmüdafiəçisi Florian Qriliç bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında pay sahiblərindən biri olub.
Qeyd edək ki, Ukrayna - Avstriya matçı 0:1 hesabıyla başa çatıb.