Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 04:45
Kətan yağı sağlamlıq üçün ən vacib sayılan yağlardandır. Davamlı olaraq kətan yağından istifadə eləmək orqanizmdə olan bütün orqanların işini normallaşdırır və bir çox xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Kətan toxumlarından alınan yağın müalicəvi xüsusiyyətlərindən qədim zamanlardan istifadə edilir. Qədim tibbdə ondan yaraların və parezlərin sağalması, ağrıların aradan qalxması üçün istifadə edilib. Ən keyfiyyətli kətan yağı soyuq sıxılma üsulu ilə əldə edilən yağdır. Bu yağın tərkibi doymamış yağ turşuları ilə zəngindir.
Kətan yağının rəngi onun təmizlənməsindən asılı olaraq qızılı sarı rəngdən qəhvəyi rəngə qədər ola bilir. Kətan yağının tərkibi F, E, B, A, K vitaminləri, yarım doymamış yağ turşuları, doymamış turşularla zəngindir. Kətan yağının tərkibi Omeqa3, Omeqa6 yağları ilə zəngindir. Bu yağlar orqanizm üçün çox faydalıdır və orqanizm onu istehsal edə bilmir. Kətan yağının tərkibində olan Omeqa3 yağının miqdarı digər yağlarda olan Omeqa3 yağının miqdarından çoxdur. Hətta kətan yağında olan Omeqa3 yağının miqdarı balıq yağında olan Omeqa3 miqdarından 2 dəfə çoxdur. Bu yağ hüceyrələrin qidalanmasına və onların gələcək fəaliyyətinə müsbət təsir edir. Kətan yağının tərkibi fitosterol, xolin, fosfor, kalsium, sink və kaliumla çox zəngindir. Tərkibində olan Omeqa yağları sayəsində kətan yağı orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, qanda xolesterinin miqdarının azalmasına səbəb olur, qanın laxtalanmasının qarşısını alır, damar divarlarının elastikliyini artırır, infarktın, işemik xəstəliklərin, aterersklerozun, insultun və tromboflebitin əmələ gəlməsinin qarşısını alır. Kətan yağı həzm sisteminin və qaraciyər funksiyasının yaxşılşmasına səbəb olur, qəbizliyin, qıcqırmanın aradan qalxmasına səbəb olur. Kətan yağı parazit əleyhinə təsir göstərir.
Kətan yağından istifadə eləmək orqanizmin müdafiə qüvvəsini artırır, bağırsaq və döş xərçənginin əmələ gəlməsinin qarşısını alır, bağırsaqların peristaltikasının artmasına səbəb olur. Davamlı olaraq uşaqlara kətan yağı vermək onların sağlam böyüməsinə səbəb olur.
Dietoloqlar arıqlamaq istəyənlərə kətan yağından istifadə etməyi məsləhət bilir. Bronxitlərin, ağciyərlərin, qalxanvari vəzin, böyrəklər və sidik kisəsinin, sinir sistemi xəstəliklərinin müalicə və profilaktikası üçün kətan yağından istifadə etməkdə fayda var. Davamlı olaraq kətan yağı içmək kişilərdə cinsi zəifliyin aradan qalxmasına səbəb olur. Kətan yağı balıq ətindən imtina edən vegeteryanlar üçün əla qida vasitəsidir. Kətan yağı orqanizm tərəfindən asan sorulur və müalicəvi təsir göstərir. Ondan istifadə eləmək psorias, dəmrov və bu kimi dəri xəstəliklərinin sağalmasını sürətləndirir. Dəridə olan döyənəklərdən, mazollardan, xallaradan xilas olmaq üçün gündə 2-3 dəfə həmin nahiyəyə kətan yağı sürtmək lazımdır.
Kosmetologiyada tətbiqi
Kosmetologiyada kətan yağından geniş istifadə edilir. O dərinin vitamin və minerallara olan ehtiyacını ödəyir, dərini cavanlaşdırır, yumşaldır, ona bakteriasid təsir bağışlayır. Kətan yağı saçların möhkəmlənməsi üçün əla vasitədir. Saçları yumazdan 10 dəqiqə əvvəl tük diblərini kətan yağı ilə massaj eləmək tükdibi xəstəliklərin sağalmasına, saçların uzanmasına və möhkəm olmasına səbəb olur. Yağı sürtdükdən sonra saçları polietilen paket və isti dəsmalla sarımaq lazımdır. Kətan yağı saç dərisində olan seboreya xəstəliyinin sağalmasına səbəb olur və kəpəklənməni aradan qaldırır.
Zədədlənmiş, qırışmış dərini yumşaltmaq məqsədilə onu kətan yağı ilə silmək lazımdır. Kətan yağı sürtməklə dəridəki ölü toxumalardan xilas olmaq mümkündür. Əllərdə olan sərtliyi aradan qaldırmaq üçün əlin dərisinə kətan yağı sürtərək əlcək geyinib ən azı 2-3 saat saxlamaq lazımdır.
Kətan yağı dərinin gözəlləşməsinə səbəb olur. Bədənin dekolte hissəsinə kətan yağı sürtmək dərinin gözəlləşməsinə səbəb olur.
Üyüdülmüş qəhvəyə kətan yağı damızdıraraq dərini yüngül massaj eləmək dərialtı piy təbəqəsinin azalmasına səbəb olur. Bu qarışım sellüid əleyhinə təsir göstərir.
Kətan yağının zərərli xüsusiyyətləri
Kətan yağının zərərli xüsusiyyərləri barədə heç bir yerdə qeydlərə rast gəlinməyib.