Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 12:30
İyulun 1-dən şənliklərin keçirilməsinə icazə verilməsi toy gününü gözləyən gənclərlə yanaşı, musiqiçiləri də sevindirib.
Sonxeber.net big.az-a istinadən xəbər verir ki, pandemiya dövründə, yəni son iki ildə demək olar ki, işsiz qalan müğənnilər, musiqiçilər, nişan-xına məclislərinin təşkilatçıları bildirdilər ki, bu qərarı çoxdan gözləyirdilər.
Bir çoxlarını icazədən sonra toy bazarında müğənnilərin qonorarlarının artıb-artmaması maraqlandırır.
Müğənni və musiqiçilər deyir ki, heç bir qiymət artımından söz gedə bilməz.