Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhkəməyə çıxıb atası haqda gözlənilməz açıqlama verdi

Məhkəməyə çıxıb atası haqda gözlənilməz açıqlama verdi

Tarix: 25 Iyun 2021 04:15

Müğənni Britney Spirs ötən gün uzun bir aradan sonra hakim qarşısına çıxıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi açıqlamaları ilə gündəmə gəlib. Həyatı ilə bağlı etiraflar edən Britni hər kəsi təəccübləndirib:

"Yeni bir telefon aldım və deyəcək çox sözüm var. 2 il əvvəl bura gələndən sonra çox şey dəyişib. Hamısını unutmamaq üçün yazdım. İllərdir məhkəməyə çıxmaq istəmədim, çünki dediklərimin başa düşülməyəcəyini düşündüm. İndi son 4 ayda yaşadıqlarımı anlatacam. Mənə bunu yaşadanların bu salondan rahat çıxıb getməsini istəmirəm".

Spirs son 13 ildir atası Ceymi Sprisin qəyyumluğundan xilas olmaq üçün davam edən məhkəmədə gözlənilməz açıqlamalar verib. İfaçının vəkilləri 39 yaşındakı müğənninin atasının qəyyumluğundan çıxarılması üçün ötən il Los-Anceles məhkəməsinə müraciət edib. 2020-ci ildə hakim müğənninin atasının vərəsəlikdən uzaqlaşdırılması tələbini rədd edib. Britni bir daha təkbaşına qərar alma haqqını itirib.

Britni 68 yaşındakı atasının 60 milyonluq sərvətini idarə etməsindən hər ay 16 min dollar alarkən, Ceymi övladının acınacaqlı vəziyyətinə əhəmiyyət verməyib.

Məhkəmədə danışdıqca kövrələn və tez-tez danışdığı üçün hakim tərəfindən tez-tez dayandırılan müğənni illərdir təcavüzə məruz qaldığını söyləyib. İfaçı bildirib ki, atası ona zorla hamiləlik əleyhinə dərmanlar atdırıb. O, atasının onun hamilə qalmaması üçün hər yola əl atdığını etiraf edib.

20 dəqiqədən çox davam edən söhbətdə Spirs "Şokdayam. İllərdir sərvətim talan edilir, puluma görə istifadə olundum. Həyatımı geri istəyirəm. Bu qəyyumluğun lazımsız bilinməsini tələb edirəm" sözlərini əlavə edib. O bildirib ki, ailəsini məhkəməyə verəcək.


Etiketlər:  Məhkəməyə çıxıb atası haqda gözlənilməz açıqlama verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ