Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekspert: koronavirusun ''Delta'' ştammı dünyada dominantlıq edə bilər

Ekspert: koronavirusun ''Delta'' ştammı dünyada dominantlıq edə bilər

Tarix: 25 Iyun 2021 23:16

Koronavirusun "Delta" ştammı dünyada dominantlıq edə və bir çox ölkələrə yayıla bilər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin xəstəliklərə nəzarət və onların profilaktikası üzrə Mərkəzinin əməkdaşı Fen Szıszyan CCTV telekanalının efirində deyib.

Onun sözlərinə görə, bu ştammın yüksək yoluxuculuğu virusun canlı qalmasına və daha sürətli templə yayılmasına səbəb olur.

Bir müddət öncə Çinin cənubundakı Quandun əyalətinin Şençjen şəhərində "Delta" ştammına bir neçə yoluxma hadisəsi qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, ilk dəfə Hindistanda aşkar edilən COVID-19 infeksiyasının "Delta" ştammı artlq dünyanın 85-dən çox ölkəsində yayılıb.


Etiketlər:  Ekspert koronavirusun Delta ştammı dünyada dominantlıq edə bilər


RƏYLƏR