Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2021 22:58
Gəncədə intihara cəhdin qarşısı alınıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb.
1978-ci il təvəllüdlü Mehdi İsmayılov yaşadığı evdə özünə qəsd etmək istəyib. O, yaxınları tərəfindən asılımış vəziyyətdə tapılıb. Dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, 43 yaşlı kişi özünə qəsd etmək istəyərkən sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.