Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərxan Sərxan qalmaqala aydınlıq gətirdi: “Utanmırlar?!”

Sərxan Sərxan qalmaqala aydınlıq gətirdi: “Utanmırlar?!”

Tarix: 29 Iyun 2021 13:35

Xalq artisti Sərxan Sərxanın "Rayonlu nə bilir konsert nədir?" başlıqlı açıqlaması mediada müzakirələrə səbəb olub. Hətta xalq artistinin bu fikri sosial mediada tənqidlə qarşılanıb. 

Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən Xalq artisti Sərxan Sərxan bu fikirlərin həqiqəti əks etdirmədiyini söyləyib:

"Mediada yayılan "Rayonlu nə bilir konsert nədir, teatr nədir?" başlıqlı açıqlama əsassızdır. Sərxan belə dedi, elə dedi, utanmırlar?! İndi konsertə kim gedir? Heç şəhər əhalisi getmir. Bu nə xəbərdir mənim adımdan yayımlanır. Bunu yayanlar məni xalqa düşmən etmək istəyirlər. Mənim əksər dostlarım rayonludur. Belə baxanda, elə hər birimizin kökü rayona gedib çıxır. Dünən haqqımda çıxan "primitiv" xəbərlər məni çox əsəbiləşdirdi. Heç gözləməzdim".


Etiketlər:  Sərxan Sərxan qalmaqala aydınlıq gətirdi Utanmırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ