Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2021 14:28
Vətənin azadlığını canından da üstün tuturdu. Torpaqlarımızın işğalda olması ilə hec vaxt barışmırdı. Bu amalı uğrunda da şəhadətə ucaldı...
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan Siyahım Dəmirov 1990-cı ildə Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub.
2009-cu ildə həqiqi hərbi xidmətə gedib. Hərbi xidmətini başa vurduqdan bir neçə il sonra rayonun Kəbirli kəndində "N" saylı hərbi hissədə MAXE kimi xidmətə başlayıb.
O, 2016-cı ildə də Aprel döyüşlərində top komandiri kimi iştirak edib. Siyahım Dəmirov 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Şuşa uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.
Qəhrəman döyüşçümüz düşmənin canlı qüvvəsinin məhv edilməsində fəal iştirak edib. O, ötən il oktyabrın 29- da Şuşanın Sığnaq kəndində şəhidlik zirvəsinə ucalıb.
Qəhrəman şəhidimiz ölümündən sonra ''Qarabağ'' ordeni, eləcə də ''Vətən uğrunda'' , ''Kəlbəcərin azad olunmasına görə'' və ''Xocavəndin azad olunmasına görə'' medalları ilə təltif olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: