Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2021 15:46
Pandemiyanın ilk dövrlərindən başlayarq koronavirusun əlamətləri gündəmdədir. İndiyə kimi Covid- 19-un bir çox simptomları ortaya çıxıb və zaman keçdikcə bu sıraya yeni əlamətlər əlavə olunur.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, ingiltərəli həkimlərin apardığı yeni araşdırmalara görə, koronavirusa yoluxan yeni xəstələrdə infeksiyanın əsas simptomları yoxa çıxıb.
Yoluxanların əksəriyyətində öskürək, iy və dadbilmə müşahidə olunmur. İnfeksiyanı daşıyanlar koronovirusu adi mövsüm qripi kimi keçirir. Onlarda yalnız baş ağrısı, əzələ ağrısı və burun tutulması kimi simptomlara rast gəlinir.
Qeyd edək ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin açıqlamasına görə, Covid-19-un göstəricisi sayılan əlamətlər hərarət, öskürək, təngnəfəslik, nəfəs almada çətinlik, üşütmə, titrətmə, əzələ ağrısı, baş ağrısı, boğaz ağrısı, iy və dadbilmənin itməsi idi.