Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim-pediatr: Antibiotiklər həkim nəzarətində və təyin olunmuş miqdarda istifadə edilməlidir

Həkim-pediatr: Antibiotiklər həkim nəzarətində və təyin olunmuş miqdarda istifadə edilməlidir

Tarix: 4 Iyul 2021 21:09

Antibiotiklər həkim nəzarətində və təyin olunmuş miqdarda istifadə edilməlidir. Hər burun axıntısı, soyuqdəymə və öskürək antibiotik tələb etmir.

Sonxeber.net bildirir ki, bunu AZƏRTAC-a həkim-pediatr Sevil Novruzova deyib.

Həkim-pediatr valideynlərə tibbi tövsiyələr üçün internetdən yararlanmamağı məsləhət edib: "Övladınızda müşahidə etdiyiniz simptomlar haqqında narahatsınızsa, bunu sahə həkiminə bildirin. İnternetdə yazılan müalicə və diaqnozlar 100 faiz doğru olmayacaq. Həkim tövsiyəsi olmadan antibiotiklərdən istifadə etməyin. Antibiotiklər həkim nəzarətində və təyin olunmuş miqdarda istifadə edilməlidir".

S.Novruzova valideynlərə məsləhət görür ki, uşaqların peyvənd zamanlarını ötürməyin: "Bəzi valideynlər davamlı olaraq dərmanlara müraciət etdikləri halda, bəziləri isə dərman və peyvəndlərdən qorxurlar. Vaksinlərin ölümcül uşaqlıq xəstəliklərinin qarşısını almaq üçün gücü inkaredilməz elmi dəlillərlə dəstəklənir. Körpələrini peyvənd etdirməyən valideynlər övladlarını və digər uşaqların sağlamlığını riskə atırlar. Texnologiya həyatımızın bir hissəsi olsa da, uşaqlarınızın idman üçün açıq oyunlara və sosial inkişaf üçün üz-üzə qarşılıqlı əlaqəyə ehtiyacı var. Uşaqlarınızı yalnız evdə saxlamaq üçün televiziya ekranlarına bağlamayın! Bunun əvəzinə, uşaqlarla dostluq edərək ünsiyyət qurmaq daha faydalıdır".


Etiketlər:  Həkim pediatr Antibiotiklər həkim nəzarətində təyin olunmuş miqdarda istifadə edilməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ