Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan azərbaycanlıları zəhərləmək istəyir - Düşmənin TERROR PLANI

Ermənistan azərbaycanlıları zəhərləmək istəyir - Düşmənin TERROR PLANI

Tarix: 6 Iyul 2021 15:18

Erməni ideologiyasının hansı zehniyyətə qulluq etdiyi bu gün də ən müxtəlif sahələr üzrə özünü çılpaqlığı ilə açıq şəkildə göstərir. Gənc nəsli qonşu xalqlara nifrət ruhunda böyüdən erməni hakimiyyəti revanşist planlarını ekoloji terror yolu ilə də həyata keçirməyə çalışır.

Ermənistanın tarixi, dini və mədəni abidələrimizə, şəhər və rayonlarımıza tutulan divanı 30 illik işğalı dövrünə son qoyulmaqla da bitmədi. Bir neçə gündür ki, Arazı çayına axan Oxçuçayın düşmən tərəfindən sənaye tullantıları ilə çirkləndirildiyi barədə həyəcanlı xəbərlər gəlməkdədir. Cənubi Qafqazın ikinci böyük çayı olan Araza tökülən Oxçuçay sənaye tullantıları ilə katostrofik dərəcədə çirkləndirilib. 

Belə ki, Zəngəzurdan axan Oxçuçay, hazırda da Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesinin çirkab suları ilə davamlı olaraq hədsiz çirklənməyə məruz qalır. Çay Araza birləşir, oradan isə Azərbaycanın digər rayonlrından keçərək Kürə qovuşur. Oxçuçayın ekosisteminin tamamilə məhv olmasına səbəb olan qurum və şirkətlər çayın çirkləndirilməsini dərhal dayandırmalı, beynəlxalq ekoloji təşkilatlar buna reaksiya verməlidirlər. Çünki Ermənistanın Azərbaycana qarşı həyata keçirilən ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur.

Zəngilan rayonu ərazisindən keçən Oxuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda haqlı olaraq geniş rezonans və ictimai narazılıq doğurub. Ermənistanın dağ-mədən şirkətlərinin fəaliyyəti Oxuçayda fəlakətli vəziyyət yaradıb, bu prosesdə Almaniyanın "CRONIMET" şirkəti yaxından iştirak edib.

Azərbaycan mediasının Almaniya səfirliyinə müraciətinə səfirin cavabı məsələni ört-basdır etmək və diqqəti şirkətin üzərindən yayındırmaq məqsədi daşıyıb. Almaniyanın Bakıdakı səfirliyi işğal altındakı zamanlarda, Oxçuçay çirkləndirən Zəngəzur mis-molibden kombinatının səhmdarı olan Almaniya şirkəti "Cronimet Holding" haqqında belə bir məlumat yayıb: "Mənbəyini Ermənistan ərazisindən götürən və Zəngilan ərazisindən keçərək Araz çayına birləşən Oxçuçayı çirkləndirən "Cronimet Holding" alman şirkəti 2019-cu ilin sonunda payını satıb, oranı tərk edib". Digər təəssüf doğuran məqam isə, Almaniyanın "Yaşıllar" partiyası isə ümumiyyətlə müraciətə saymazyana cavab verərək Azərbaycana ayırmaq üçün vaxtlarının olmadığını bildirməsi oldu. Özünü dünyada təbiətin müdafiəçiləri kimi təqdim edən bir dövlətin Ermənistanın ekoloji terrora xidmət edən cinayətkar fəaliyyətində "biznes ortağı" statusunda çıxış etməsi alman zehniyyətində hələ də "faşist" təxəyyüllü elementlərin qaldığını göstərir.

Oxçuçaydakı ekoloji terror o həddə çatıb ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində bunları yazıb: "Ermənistandan Azərbaycana axan Oxçuçay ətraf mühit faciəsini üzə çıxarır. Su mədənçiliyin ən geniş yayılmış qurbanı hesab olunur. Ermənistandan Azərbaycana axan Oxçuçay ətraf mühit faciəsini üzə çıxarır. Ermənistandakı mədən sənayesi ilə əlaqədar Oxçuçayda ağır kimyəvi çirklənmə qeydə alınıb. Məsul şirkətlər öz fəaliyyətlərini dayandırmalıdır". Lakin, hələ də Ermənistanın hər fürsətdə Azərbaycana əllərindən gəldiyi qədər maksimum zərər vurma istəyini dayandırmaq, onlara "dur" demək istəyən bir təşkilat, bir dövlət gözə dəymir.

Ermənilər bu prosesə adı çəkilən bəzi xarici şirkətləri də cəlb edərək, ekoloji şantajı daha ağır təhdid səviyyəsinə qaldırmaqla məşğuldurlar. Gəlinən qənaət odur ki, Ermənistan nəyinki beynəlxalq konvensiyalara məhəl qoymur, üstəlik humanitar fəlakətə səbəb olacaq ekoloji terroru davam etdirir və törətdiyi cinayətə görə məsuliyyət hissi daşımır. Məkirli düşmənin potensial tərəfdaşı qismində Avropanın bəzi nüfuzlu ölkələrinə məxsus şirkətlərin də çıxış etməsi isə təəssüf hissi doğurmaya bilməz. Fakt isə faktlığında qalır: Erməni terroru bu gün də davam edir. Beynəlxalq təşkilatlar bu terror faktının qarşısını almalı, beynəlxalq müstəvidə tədbirlər görməlidirlər. Ermənistana qarşı bu terror əməlinə görə hər hansı bir beynəlxalq sanksiya tətbiq olunmazsa, bundan arxayınlaşacaq düşmənin azğın xarakterli əməlləri arta-arta gedə bilər. Bu isə heç də sonda Ermənistan üçün xoş nəticələnməyəcək. 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Ermənistan azərbaycanlıları zəhərləmək istəyir Düşmənin TERROR PLANI


RƏYLƏR