Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 20:20
Şərti olaraq "Gözəl yuxu" adlandırılan yeni filmin çəkilişlərinə start verilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Graziamagazine" xəbər verir ki, rejissoru Alp Kamber olan layihədə baş rolu "Muhteşem Yüzyıl" serialının 37 yaşlı ulduzu Məryəm Üzərli oynayacaq.
Rejissorun sözlərinə görə, ssenari əvvəlcə Culia Roberts üçün yazılıb. İlkin mərhələlərdə baş rolda Hollivud ulduzunu görmək istəyən amerikalı mütəxəssislər layihənin inkişafına cəlb olunublar.
Nəticədə isə rejissor və ssenarist belə qənaətə gəlib ki, baş qəhrəman roluna türk əsilli aktrisa daha çox uyğun gəlir. Beləliklə, onlar Məryəm Üzərlini seçiblər.