Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid bulağının açılışı olub - VİDEO

Şəhid bulağının açılışı olub - VİDEO

Tarix: 7 Iyul 2021 15:44

Şəhid kapitan Anar Heydərovun xatirəsi əbədiləşdirilib. 

Milli.Az Real TV-ə istinadən bildirir ki, Vətən müharibəsində igidliyi ilə seçilən oğullarımızdan biri də kapitan Anar Heydərov olub.

O, 1988-ci ildə Şamaxıda dünyaya gəlib. Daha sonra ailəsi ilə birgə Sumqayıta köçən Anar uşaqlığından vətənpərvərliyi ilə seçilib. Elə bu sevgi onu hərbi sahəyə aparıb. Müharibənin başlamasına hamıdan çox sevinənlərdən olub Anar. Çünki onun da hər bir Azərbaycan hərbçisi kimi alınacaq qisası var idi.

Şəhidimiz Anar Heydərovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğulduğu Şamaxı rayonunun Məlhəm kəndində adına inşa olunmuş bulağın açılışı olub. Tədbirdə şəhidin ailə üzvləri, dostları, qohumları ziyalılar iştirak ediblər.

Bu gün Anar Heydərovdan yadigar iki övladı qalıb: Oğlu Emil qızı Kübra. Onlar da atalarının adının əbədiləşdirildiyi bu tədbirdə iştirak ediblər.

Bulaq kompleksində Şəhid haqqında məlumat lövhəsi də asılıb.

Tədbirdə çıxış edənlər Anarın cəsurluğundan onun vətənə bağlılığından danışıblar. Şəhidin həyat yoldaşı Zərifə Heydərova bulağın rəmzi açılışını bildirən lenti kəsib.
İnterşum

Qeyd edək ki, Şəhid kapitan Anar Heydərov Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şəhidimiz Suqovuşanın işğaldan azad olmasına görə, Vətən uğrunda və İgdiliyə görə medalları ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Şəhid bulağının açılışı olub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ