Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2021 20:30
Bakıda avtomobili olmayan şəxsə texniki baxışdan keçməsinə dair "AsanPay"dan bildiriş gəlib.
Sonxeber.net xəbər verirki, bu barədə lent.az-a bildirişi alan vətəndaş Orxan Quliyev məlumat verib.
O qeyd edib ki, heç vaxt maşını olmadığı halda ona avtomobilin texniki baxışdan keçdiyi barədə bildiriş mesajı gəlib: "Mənim indiyə qədər nəinki avtomobilim, heç motosikletim də olmayıb".
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Lent.az-a bildirişin texniki səhv nəticəsində vətəndaşa göndərildiyini deyib: "Belə hallar adətən texniki səhv nəticəsində meydana gəlir. Ehtimal ki, həmin avtomobil sahibi qeydiyyat zamanı səhvən mesaj gedən vətəndaşın mobil nömrəsini qeyd edib. Belə olan halda vətəndaş Dövlət Yol Polisinə müraciət etməlidir. Bununla da yaranan problem aradan qaldırılacaq".