Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

63 yaşlı Şeron Stounun gənc və “müəmmalı” sevgilisi - FOTO

63 yaşlı Şeron Stounun gənc və “müəmmalı” sevgilisi - FOTO

Tarix: 9 Iyul 2021 03:50

Amerikalı aktrisa Şeron Stoun pərəstişkarlarını şoka salıb. Belə ki, ulduz gənc repçi ilə eşq yaşaması barədə söz-söhbətlərə səbəb olub.

"Page Six" xəbər verir ki, 63 yaşlı kino ulduzu artıq bir neçə dəfə 25 yaşlı hip-hop musiqiçisi RMR-lə görünüb və bu, onların münasibətləri barədə şayiələrə yol açıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hər zaman kimliyini maska ​​arxasında gizlədən repçi və Stoun bir neçə dəfə restoranda yemək yeyərkən görülüb. Cütlüyün bir neçə aydır görüşdüyü deyilir.

Onların yayı qaynar keçir. Birlikdə əylənirlər, sosial şəbəkələrdə də əlaqə saxlayırlar; RMR aktrisanın fotolarını bəyənir, aktrisa isə onun postlarına rəylər yazır.

Bundan əvvəl 46 yaşlı Ancelina Colinin 31 yaşlı repçi Abel Tesfaye (The Weeknd) ilə görüşməsi xəbəri yayılmışdı.

Milli.Az


Etiketlər:  yaşlı Şeron Stounun gənc müəmmalı sevgilisi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ