Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2021 08:48
Pandemiyanın başlanmasından bəri 115 min tibb işçisi koronavirusun qurbanı olub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adan Qebreyesus Nottinhem Universitetinin tələbə və müəllim heyəti qarşısındakı çıxışı zamanı bəyan edib.
O bildirib ki, hazırda dünya üzrə milyonlarla tibb işçisi hələ də vaksinasiyadan keçməyib.
ÜST rəhbəri tibbi personal üçün təhlükəsiz əmək şəraitinin yaradılmasına çağırıb. T.A.Qebreyesus tibb sahəsinə xərclənən vəsaitin gələcəyə yatırılan sərmayə olduğunu da qeyd edib.