Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2021 05:03
Buğda yağından qədim zamanlardan istifadə edilib. Onun tərkibi unikal bioloji aktiv maddələr, lipidlər, vitamin və minerallarla zəngindir. Buğda yağı kosmetologiya və müalicə məqsədilə istifadə olunan ən məşhur yağlardandır.
Necə seçməli?
Buğda yağı qatı və xüsusi qoxuya malik olur. O qəhvəyi və ya solğun kəhrəba rəngində olur. Onu alan zaman rənginə, qoxusuna və şüşə qablaşdırılmada olmasına diqqət yetirmək lazımdır.
Necə saxlamalı?
Buğda yağını sərin və qaranlıq yerdə saxlamaq lazımdır.
Buğda yağından tərəvəz salatlarının hazırlanması zamanı istifadə edilir. Onu 60*-dən artıq isitmək məsləhət görülmür, çünki bu zaman yağın tərkibində olan vitamin, mineral və bioloji maddələr öz təsirini itirir. 100 qram buğda yağının tərkibində 99,8 qram yağ, 0,2 qram su və 884 kKlori olur. Buğda yağının bioloji qiyməti və qidalandırıcılıq qabiliyyəti çox yüksəkdir. 250 buğda yağını əldə etmək üçün bir tondan çox buğdadan istifadə edilir. Buğda yağının tərkibi müxtəlif amin turşuları, doymamış yağ turşuları, yağda həll olan vitaminlər, iltihab əleyhinə təsir göstərən allantoin, güclü antioksidantlar, aktiv skvalen, oktakonazol, 20-ə yaxın makro və mikro elementlər var. Buğda yağının 70%-dən çox hissəsi doymamış yağ turşularından ibarətdir. Onun tərkibində az miqdarda doymamış turşular var. Onun tərkibində orqanizmi cavan saxlaya bilən tokoferol yağı var. 100 qram buğda yağının tərkibində 400 mq tokoferol yağı var. Bu bitki yağının tərkibi D vitamini ilə zəngindir. Bu vitaminin olması isə kalsium və fosforun orqanizm tərəfindən sorulmasını sürətləndirir. Bu da buğda yağının damar, dişlər və sümüklər üçün çox vacib olmasını bildirir. Buğda yağının tərkibində olan selen və sink spermatogenezə müsbət təsir edir, spermatozoidlərin sürətini artırır. Onun tərkibindəki beta karotin orqanizmdə A vitamininin formalaşmasına səbəb olur. Onun yarasağaldıcı xüsusiyyətləri var. Buğda yağı ürək-damar sisteminin işini yaxşılaşdırır, qanda olan xolesterinin miqdarını azaldır, arterial təzyiqi normallaşdırır, damarların divarını möhkəmləndirir, damarlarda olan piy hissəciklərinin əriməsinə səbəb olur, trombların əmələ gəlməsinin qarşısını alır. Tərkibində olan sink, vitamin E, allantoin və marqanes ürək-damar sistemində olan iltihabi proseslərin aradan qalxmasına səbəb olur. Bu vitamin və mineral qarışımı miokardda olan mübadilə pozğunluqlarının aradan qalxmasına səbəb olur. Buğda yağından şəkərli diabet, ürək-damar xəstəlikləri, beyin və bir çox orqanlarda baş verə biləcək xəstəliklərin profilaktikasılnda istifadə edilir. Diabetik retinopatiya, anemiya, atereskleroz, işemik xəstəliklər, varikoz genəlmələr, tromboflebit, babasil xəstəlikləri zamanı buğda yağından istifadə etməkdə fayda var. Buğda yağı testosteronun əmələ gəlməsini sürətləndirir, kişilərdə cinsi fəaliyyətin artmasına səbəb olur. Davamlı olaraq bu yağdan istifadə eləmək ereksiyanın əmələ gəlməsinə səbəb olur, kişi sonsuzluğunu aradan qaldırır. Ondan müxtəlif qadın xəstəliklərinin müalicəsində istifadə edilir. Hamiləlik və uşaqəmizdirmə dövründə buğda yağından istifadə etmək çox faydalıdır. Onun tərkibində olan D vitamini, doymamış yağlar, yod, fol turşusu və s. maddələr hamiləlik zamanı uşağın normal və sağlam inkişaf etməsinə səbəb olur. Doğuşdan sonra buğda yağından istifadə eləmək qadının südünü artırır. Buğda yağından istifadə etmək orqanizmdə aşağıdakılara səbəb ola bilir:
* mədə-bağırsaq fəaliyyətini normallaşdırır
* immuniteti artırır
* endokrin sistem, sinir və mərkəzi sinir sisteminin möhkəmlənməsinə səbəb olur
* xroniki stresslərin, yorğunluğun, yuxusuzluğun aradan qalxmasına səbəb olur
* orqanizmin E vitamininə olan tələbatını ödəyir
* tərkibində olanlar orqanizmin artıq çəkidən azad olmasına səbəb olur
* orqanizmin şlaklardan, toksinlərdən xilas olmasına səbəb olur
* dərinin və saçların vəziyyətini yaxşılaşdırır
* dəri xəstəliklərinin sağalmasına səbəb olur
* dəridəki yara, yanıq və çapıq izlərinin sağalmasını sürətləndirir
* artrit ağrılarının aradan qalxmasına səbəb olur
Buğda yağı kosmetologiya sahəsində ən çox istifadə olunan yağlardandır. Ondan saçların, dərinin və dırnaqların möhkəmləndirilməsi istiqamətində müxtəlif vasitələrin hazırlanmasında istifadə edilir. Buğda yağı dərinin turşu-su balansını normallaşdırır, dərini qidalandlırır, elastikləşdirir və möhkəmləndirir. Buğda yağı dərinin qocalmasının qarşısını alır, dərinin rəngini gözəlləşdirir, piqment ləkələrinin aradan qalxmasına səbəb olur. Buğda yağından istifadə eləmək dərinin tonuslanmasına, piy vəzilərinin fəaliyyətinin normallaşmasına, qırışların aradan qalxmasına, dəri toxumalarının yenilənməsinə, dəridəki sərtliyin aradan qalxmasına, dərialtı xırda kapillyarların möhkəmlənməsinə səbəb olur. Buğda yağı saçların uzanmasına, möhkəmlənməsinə səbəb olur, saç dərinin sağlamlaşdırmaqla tük dibini möhkəmləndirir. Buğda yağından dodaq gellərinin, pomadaların, günəş kremlərinin hazırlanmasında geniş istifadə edilir.
Buğda yağının zərərli xüsusiyyətləri
Buğda yağının zərərli xüsusiyyətləri barədə heç bir məlumat yoxdur. Dəri allergiyası olan adamlar bu yağı işlətməzdən əvvəl ondan az miqdarda dərilərinə sürtərək bir müddət gözləməklə yağın allergiya əmələ gətiribgətirməyəcəyini test edə bilərlər.