Tarix: 9 Avqust 2019 17:12
Dortmund "Borussiya"sının futbolçusu Sindzi Kaqava karyerasını İspaniyada davam etdirəcək.
Qol.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi icarə əsasında "Saraqosa"da çıxış edəcək. Sequnda təmsilçisinin rəsmi saytı Yaponiya millisinin üzvü ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, 2010-cu ildə "Sereso Osaka" klubunda "Borussiya"ya keçən Kaqava 2012-ci ildə "Mançester Yunayted"də çıxış edib. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Beşiktaş"da oynayıb.