Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 19:36
19:35
Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı iddialarla bağlı DİN açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bəzi sosial şəbəkə hesablarında və saytlarda qırmızı kitaba düşən cüyürün ovlanması ilə bağlı videosüjet paylaşılıb:
"Videosüjetdə əks olunanlarla bağlı Laçın Rayon Polis Şöbəsi tərəfindən müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
---------
17:42
Sosial şəbəkədə "Ecofront" adlı səhifədə Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı görüntülər paylaşılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Vüqar və Aqil adlı şəxslər cüyür ovlayaraq onun ətindən kabab hazırlayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məsələ barədə açıqlamasında qeyd edib ki, sözügedən görüntü ilə bağlı təqsirkarların tapılması və barələrində tədbir görülməsi üçün xidmət tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanıb.
Xatırladaq ki, cüyür Azərbaycanın "Qırmızı kitab"ına düşdüyü üçün ovlanmasına icazə verilmir.