Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Utanmırsan onun ailəsinə söz-söhbət salırsan?''- Cavanşirdən müğənni həmkarına ittiham

''Utanmırsan onun ailəsinə söz-söhbət salırsan?''- Cavanşirdən müğənni həmkarına ittiham

Tarix: 12 Iyul 2021 19:55

Müğənni Mənzurə Musayeva bir müddət öncə "Bütün duet ortaqları bir-birilə sevgilidir" açıqlaması ilə gündəmə gəlib. İfaçının sözləri həm sosial şəbəkələrdə, həm də şou aləmində birmənalı qarşılanmayıb. Onu tənqid edənlər də var, dəstəkləyənlər də.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, Cavanşir Məmmədov "Elin sözü" proqramında həmkarına irad bildirib. O, verilişin sonunda hiddətlənərək bu sözləri deyib:

"Mənzurə söyləyir ki, duet ortaqları bir-birilə sevgilidir. Öz gözündə tiri görməyənlər, başqasında tircik gəzirlər. Bəyəm, menecerin, prodüserin, sponsorun sevgilin deyil? Deyir, guya Səyyad Əlizadə ilə Mətanət sevgili olub. Utanmırsan onun ailəsinə söz-söhbət salırsan?!  Flora Kərimova ilə Gülağa Məmmədov da duet oxuyublar. Onlar da sevgili idi?! Mənzurəyə bir neçə dəfə irad bildirdim. Qayıtdı ki, sizdən danışmıram axı. Nə edək bizdə bildiyimiz hər şeyi açıqlayaq?" 

Milli.Az


Etiketlər:  Utanmırsan onun ailəsinə söz söhbət salırsan Cavanşirdən müğənni həmkarına ittiham


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ