Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günvurma zamanı heyvanların məhsuldarlığı düşür - Fermerlər nə etməlidirlər? - VİDEO

Günvurma zamanı heyvanların məhsuldarlığı düşür - Fermerlər nə etməlidirlər? - VİDEO

Tarix: 12 Iyul 2021 20:34

Günvurma hallarında heyvanların məhsuldarlığı 25-30 % düşür.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yay mövsümü ilə əlaqədar olaraq heyvanlar arasında sıx yayılan günvurma ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, heyvanları qızmar günəşdən qorumaq lazımdır, çünki bilavasitə günəşin düz şüalarının baş-beyinə təsiri heyvanların sinir mərkəzlərinin pozulmasına gətirib çıxara bilər.

Bəs fermerlər hansı tədbirləri görür?

Mal- qara sahibləri deyir ki, günvurmanın əlamətləri özünü əvvəlcə heyvanda ümumi zəiflik, tənəffüsün tezləşməsi, tərləmə, əzələ tonusunun aşağı düşməsi, yeriyərkən büdrəmək kimi əlamətlərlə göstərir. Bəzən bədənin ümumi temperaturu yüksəlir. Xəstəlik ağırlaşanda heyvan huşunu itirərək yıxılır, bəbəkləri genəlir, reflekslər kəskin surətdə zəifləyir.

Günvurma hallarının yaşanmaması üçün xəstə heyvana vaxtında baytar yardımı göstərilməli, eyni zamanda müvafiq profilaktik tədbirlərə vaxtında əməl edilməlidir.

Bu cür xəstəliklər yaşanmaması üçün  heyvan sahibləri və fermerlər daha diqqətli olmalıdılar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Günvurma zamanı heyvanların məhsuldarlığı düşür Fermerlər etməlidirlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ