Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2021 10:30
Braziliyada okean sahilində məşhur çimərliyi ilə tanınan Piedadedə 51 yaşlı Marselo Rosa Santos adlı kişinin başına gələnlər eşidənləri şoka salıb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, tətildə olan şəxs tualet ehtiyacını ödəmək üçün dayaz bir əraziyə gedib. Sudan çıxıb təbii ehtiyacını ödəmək istəyərkən köpək balığı tərəfindən hücuma məruz qalıb.
Kişinin qolunu və cinsiyyət orqanını qoparıb. Hadisə yerinə təcili yardım həkimləri gəlib. Təcili xəstəxanaya aparılan adam həddindən artıq qan itkisi səbəbiylə ölüb. Santos və digər insanlara hücum edən köpəkbalığıların hansı növlərə aid olduğu hələ məlum deyil.
Kamran Seyidov