Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təzyiqi belə olan insanlar daha çox yaşayır – Elmi sübut

Təzyiqi belə olan insanlar daha çox yaşayır – Elmi sübut

Tarix: 13 Iyul 2021 20:42

İnsanın arterial təzyiq səviyyəsi onun nəinki sağlamlıq, həmçinin ömrünün müddətinə də birbaşa təsir edir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, rusiyalı həkim Oleq Abakumov aşağı təzyiqi olan insanların bu baxımdan daha şanslı olduğunu deyib.

"Əslində hipotoniya - aşağı təzyiq də çox insanlar üçün təhlükəlidir. Lakin elə adamlar var ki, bu təzyiq onlara mənfi təsir etmir, özlərini yaxşı hiss edirlər.

Söhbət 90/60 göstəricilərindən gedir. Çox adamlar hətta belə təzyiqdə aşağı olduğunun fərqinə varmır, yaşayır, işləyir, lakin bir gün halı pisləşəndə təsadüfən təzyiqinin aşağı olduğunu öyrənir. Yüksək təzyiqdən fərqli olaraq, aşağı təzyiq səhhət üçün ciddi ölümcül təhlükə daşımır.

Son eksperimentlər göstərib ki, ömür boyu 90/60-la yaşayan insanlar təzyiqi 125/80 olanlardan ən azı 7-10 il çox yaşayır.

Aşağı təzyiq olanlar çox zaman əzginlik, səhərlər yuxululuq hiss edə bilər. Amma təzyiqi 160-dan yuxarı olanlar infarkt və insulta daim yaxın olur".


Etiketlər:  Təzyiqi belə olan insanlar daha çox yaşayır Elmi sübut


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ