Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilərin Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb etdiyi xarici vətəndaşın məhkəməsi davam etdiriləcək

Ermənilərin Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb etdiyi xarici vətəndaşın məhkəməsi davam etdiriləcək

Tarix: 14 Iyul 2021 08:04

Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdiriləcək.

Sonxeber.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə məhkəmə istintaqının başa çatacağı və prokurorun çıxış edəcəyi gözlənilir.

İttihama görə, Edurard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib.

Daha sonra bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Keçirilən əməliyyat nəticəsində E. Dubakov saxlanılıb.

Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.


Etiketlər:  Ermənilərin Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb etdiyi xarici vətəndaşın məhkəməsi davam etdiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ