Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qran-pri''də İslam Bazarqanov gümüş, Həsən Əliyev bürünc medal qazanıb

''Qran-pri''də İslam Bazarqanov gümüş, Həsən Əliyev bürünc medal qazanıb

Tarix: 9 Avqust 2019 23:08

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün güləşçilərimiz daha iki medal qazanıb. İslam Bazarqanov (57 kq) finalda Gürcüstan təmsilçisi Otari Qoqavaya 4:7 hesabıyla uduzub və gümüş medalı boynundan asıb. Yunan-Roma güləşçimiz Həsən Əliyev (77 kq) isə qırğız Kayratbek Tuqolbayevi 10:1 hesabıyla məğlub edərək bürünc medal əldə edib.

Qeyd edək ki, bununla da "Qran-pri"də medallarımızın sayı 8-ə çatıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qran pridə İslam Bazarqanov gümüş Həsən Əliyev bürünc medal qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ