Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhidin iki yaşlı qızı vəfat etdi

Şəhidin iki yaşlı qızı vəfat etdi

Tarix: 14 Iyul 2021 17:34

Vətən müharibəsi şəhidi Orxan Əliyevin azyaşlı qızı vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, O.Əliyevin qızı, 2019-cu il təvəllüdlü Nur anadangəlmə qaraciyər serrozu xəstəliyindən əziyyət çəkib. Daimi müalicə olunub. Nurun xalası donor olub və qaraciyəri ona köçürülüb.

Bir neçə gün öncə Nur ailəsi ilə Bakıdan Bərdəyə qayıdıb. Son günlər temperaturu mütəmadi olaraq yüksək olurmuş. İlkin qənaətə görə, xalasının qaraciyəri onun orqanizminə uyğun gəlməyib.

Dünən 2 yaşlı Nur dünyasını dəyişib və şəhid atasının məzarı yanında dəfn edilib.

Şəhid Orxan Əliyevin Nurdan başqa, 8 yaşlı oğlu Məhəmməd və 7 yaşlı qızı Yağmur ondan yadigar qalıb.

Qeyd edək ki, Orxan Əliyev Prezidentin sərəncamı ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Şəhidin yaşlı qızı vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ