Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2019 09:32
Bakı. İlhamə İsabalayeva - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) istirahət günlərində gözlənilən hava şəraitini açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin avqustun 11-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şimal-şərq küləyi avqustun 11-də arabir güclənəcək. Havanın maksimal temperaturu 30-34 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi avqustun 11-də arabir güclənəcək, avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi avqustun 11-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 27-30, bəzi yerlərdə 34 dərəcə isti təşkil edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin