Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Paralimpiya komandamızdan rekord

Milli Paralimpiya komandamızdan rekord

Tarix: 19 Iyul 2021 18:46

Milli Paralimpiya komandası rekord sayda lisenziya ilə Tokio 2020-də Azərbaycanı təmsil edəcək.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Orxan Aslanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək ölkəmizə növbəti 35-ci lisenziyanı qazandırdı.

Bu günə qədər Milli Paralimpiya Komitəsinin idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına artıq 35 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 11-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.

Qeyd edək ki, 30 iyul tarixinə qədər Milli Paralimpiya komandasının lisenziya gözləntiləri var və onlar tədricən elan ediləcəklər.

Rio 2016 XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandasının 22 idmançısı lisenziya qazanmışdır.


Etiketlər:  Milli Paralimpiya komandamızdan rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ