Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İçkinin mədəyə zərər vurduğunu göstərən əlamətlər - Alkoqol qastriti nədir?

İçkinin mədəyə zərər vurduğunu göstərən əlamətlər - Alkoqol qastriti nədir?

Tarix: 21 Iyul 2021 21:09

Çox miqdara alkoqollu içki qəbul edənlərin mədəsində kəskin iltihabi-destruktiv xəstəlik inkişaf edir ki, nəticədə selikli qişa zədələnir. Xəstəlik bir müddət gizli gedir, heç bir əlamət vermir. Xəstələr terapevt və mədə həkiminə müraciət edir, çox zaman adi qastrit kimi yanaşılaraq müvafiq müalicə yazılır, lakin bu xəstələrdə yaxşılaşma əldə olunmur. Çünki ya həkim əsl səbəbi gözdən qaçırıb, ya da xəstə gizlədib. Alkoqol mədəyə düşdükcə, o müalicələrin bir faydası olmaz.

Sonxeber.net ölkəmizdə də geniş yayılan alkoqol mənşəli qastritin əlamət və müalicəsini təqdim edir:

Xəstəlik kəskin və xroniki formada olur.

Əsas əlamətləri:

-epiqastral nahiyədə ağrı, xüsusən çox ac olanda və yeməkdən sonra

-Dispeptik pozğunluq

-Köp, sancı

-Həzm prosesinin pozulması

-Ağır mərhələdə mədədə qanaxma, nəcisdə qan və s.

Dünya Səhiyyə Təşkilatı alkoqol mənşəli qastriti ayrıca klassifikasiya edir. Bu qərara səbəb alkoqoldan istifadə edən insanlarda bu xəstəliyin müalicəsini, dinamikası və profilaktikasını digər xəstələrdən bir qədər fərqləndirməyə ehtiyac idi. Əhalinin böyük qismi xəstəliyinin səbəbinin içkidə olmasını bilmir və xəstəlik xronikləşir.

Xəstəlik hazırda gənc insanlarda, daha çox 35-40 yaş arası kişilərdə, xroniki formasına isə 55-60 yaşlı insanlarda diaqnoz olunur. Təbii ki, kişilərdə qadınlara nisbədən 3 dəfə çox rast gəlinir.

Mədədə nə baş verir:

Hər gün içkinin təsirindən mədənin divarı selikli qişası aşılanır, pH balansı pozulur, getdikcə divarlarda xoralar yaranır, yara dərinləşir, qişanın dərin qatlarına nüfuz edir və qanayır. Selikli qişada atrofik dəyişikliklər baş verir, getdikcə epitelin metaplaziyası başlayır, əgər bu baş verərsə, 40% hallarda mədədə bədxassəli şiş yaranır.

Əgər kişi tərkibində 20%-dən artıq etanol olan alkoqol və spirtli içki müntəzəm qəbul edərsə,

belə bir bədxassəli patoloji prosesin yaranması riski dəfələrlə artır.

Mədə elə bir orqandır ki, dözümlüdür və yüksək regenerasiya, özünü bərpa gücünə malikdir. Ona görə alqokoldan yaranan qastrit və xoranın müalicəsində birinci növbədə mədəyə dinclik vermək, ona alkoqol düşməsini tamam azaltmaq lazımdır.

Hətta sağlam bir mədə birdəfəyə böyük dozada spirtli içki qəbul edərsə,elə həmin gün kəskin forma qastritə tutula bilər.

Xroniki forma isə 5 ildən 10 ilə kimi davam edən müntəzəm içki qəbulunda yaranır.

İçki ilə yanaşı bu şəxslərdə qeyri-sağlam həyat tərzi, qidalanma, siqaret, bir sıra dərmanların qəbulu, həzm sisteminin digər bölmələrində, mədəaltı vəz, bağırsaqlarda iltihab və xoraların olması xəstəliyi kəskinləşdirib sürətləndirir.

Eləcə də mədə divarını dağıdan əsas infeksiya - Helikobakteriya pilori də öz təsirini göstərir.

Bəzən kişilər yanlış olaraq düşünür ki, spirtli içki, araq mədə-bağırsaqda infeksiya, parazit qoymur və məhv edir. Bu yanlışdır. Xroniki xəstələrdə məhz helikobakteri aşkarlanıb.

Əgər içki içən insanda səhərlər ürəkbulanma, mədədə yanğı, qaşınma, göynəmə, ümumi zəiflik, iştahsızlıq, ağrı, mədədə ağırlıq, qusma ilə xarakterik tutma şəkilli ağrı, ağızdan öd sarısı gəlməsi halları ayda 1-2 dəfə təkrarlanırsa, alkoqol mənbəli qastrit və xoradan şübhələnməli və təcili olaraq qastroenteroloqa getməlidirlər.

Daha çox kişilərdə içki və yeməkdən sonra gəyirmə, turş mədə şirəsinin ağıza gəlməsi, yeməkdən sonra mədə nahiyəsində köp, ürəkbulanma, uzun müddətli qəbizlik, ishal, rast gəlinir ki, bu hallara da adi yanaşır.

Diaqnoz üçün:

Qastroenteroloq qəbulu, bakteriya analizi, qastroskopiya - zondla mədəyə baxış, lazım gələrsə KT, daxili orqanların USM-i.

Pəhriz vacibdir:

Dietasız və içkini azaltmadan uğurlu müalicə mümkün deyil. Eləcə də fizioterapiya, xüsusi mineral sular olan kurortlar, istirahət, düzgün həyat tərzi yaxşı təsir edir. /medicina.az


Etiketlər:  İçkinin mədəyə zərər vurduğunu göstərən əlamətlər Alkoqol qastriti nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ