Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi La Liqanın əvvəlini buraxa bilər

Messi La Liqanın əvvəlini buraxa bilər

Tarix: 11 Avqust 2019 11:08

“Barselona”nın baş məşqçisi Ernesto Valverde Lionel Messinin durumu ilə bağlı məlumat verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  o deyib ki, argentinalı hücumçu hazırda bərpa prosesi keçir: “Bilmirəm, o, çempionatın əvvəlinə hazır olacaqmı. Amma çətin görünür”.

Xatırladaq ki, Messi “Barselona”nın ABŞ-a təlim-məşq toplanışına yollamazdan əvvəlki hazırlığında zədə alıb.

Qeyd edək ki, La Liqada 2019/20 mövsümünə avqustun 16-sı “Atletik” – “Barselona” matçı ilə start verilir.

 


Etiketlər:  Messi Liqanın əvvəlini buraxa bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ