Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2021 19:55
117 milyon dollarlıq sərvəti ilə dünyanın ən zəngin iş adamlarından biri olan Bernard Arnaultun gəlini, rusiyalı model Natalia Vadianovanın növbəti qalası gerçəkləşəcək.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, model qurucusu olduğu "The Naked Heart Foundation"a gəlir əldə etmək üçün dünyanın bir çox şəhərində təşkil etdiyi qala gecəsi bu dəfə Bodrumda reallaşacaq.
Köməyə ehtiyacı olan uşaqlara yardım üçün qurduğu qurumun bu gecəki qalasına dünyanın və Rusiyanın önəmli isimlərinin qatılacağı bildirilib. Dəvətnamələrin qiyməti cütlük başına 25 min avrodur.
Qeyd edək ki, Natalia Vadianova dünyanın ən zəngin insanlarından biri Antoin Arnaultla evlidir.