Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2021 23:22
"Biz Əfqanıstandan çoxlu sayda qaçqın qəbul etmişik, lakin düşünürəm ki, biz bu məsələyə başqa cür yanaşmalıyıq".
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, AFR-in federal kansleri Angela Merkel mətbuat konfransı zamanı ona ünvanlanmış suala bu cür cavab verməklə oradakı adamların çoxunu heyrətləndirib.
"Əfqanıstanda siyasi danışıqları davam etdirmək lazımdır ki, yerlərdə insanlar mümkün qədər dinc yaşasınlar", - deyən kansler gözlənilmədən əlavə edib: "Biz, yəni Almaniya, əlbəttə Əfqanıstanda baş verənlərin hamısını kompensasiya edə bilmərik, çünki insanları qəbul etməklə bütün problemləri həll etmək mümkün deyil". Əslində bu, Almaniya tərəfindən qəbul edilmiş əfqan qaçqınların "kifayət qədər" olması deməkdir.
Yeri gəlmişkən, Merkel daha əvvəl bildirmişdi ki, 2013-cü ildən Bundesverin xeyrinə işləyən və hazırda taliblərin hakimiyyətində fəaliyyət göstərən əfqanların Almaniyaya gəlməsinə icazə veriləcək. Bu insanların Əfqanıstandan gətirilməsi üçün çarter reyslərindən istifadə edilə bilər.