Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gimnastımız finala yüksələ bilmədi - Tokio-2020

Gimnastımız finala yüksələ bilmədi - Tokio-2020

Tarix: 24 Iyul 2021 19:28

Azərbaycanın idman gimnastı İvan Tixonov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, fərdi çoxnövçülükdə qüvvəsini sınayan idmançımız dayaqla tullanmada ilk yanaşmasında 13.600 xal yığıb. 25 yaşlı idmançı ikinci yanaşmasında isə hərəkəti dəqiq yerinə yetirə bilməyib.  Yerə yıxılan idmançımız xal qazana bilməyib.

Paralel qollarda 12.766, turnikdə hərəkətlərdə 13.133,  sərbəst hərəkətlərdə 13.233, dəstəli at üzərində isə 13.366, halqalarda 14.200 xal alan gimnast ümumilikdə 80.298 xalla 45-ci yeri tutub.

Tixonov fərdi çoxnövçülükdə "24-lüy"ə, fərdi hərəkətlərdə isə "8-liy"ə düşə bilməyib. Bununla da, o, final mərhələsindən kənarda qalıb.


Etiketlər:  Gimnastımız finala yüksələ bilmədi Tokio 2020


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ