Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən baxılan işlərin sayı azalıb

Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən baxılan işlərin sayı azalıb

Tarix: 17 Aprel 2019 11:15

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən 246.920 işə, o cümlədən 224 584 mülki, 5029 iqtisadi, 17 307 inzibati mübahisələrə dair işlərə baxılıb.

Trend-in məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

Onun sözlərinə görə, 2017-ci illə müqayisədə 2018-ci ildə baxılan işlərin ümumi sayı 30,5 faiz azalıb.

R.Rzayev bildirib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının müraciətinə əsasən ləğv olunan işlərin sayında 2017-ci illə müqayisədə 2018-ci ildə azalma müşahidə olunub.

Ali Məhkəmənin sədri əlavə edib ki, Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılmış işlər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, inzibati-iqtisadi kollegiyada isə artıb: "Mülki kollegiyada 6,5 faiz, cinayət kollegiyasında 3,1 faiz, hərbi kollegiyada 8,9 faiz azalma, inzibati-iqtisadi kollegiyada 4 faiz artma müşahidə olunub".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən baxılan işlərin sayı azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ