Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2021 11:10
Bermud adaları Olimpiya çempionluğu qazanan ən azsaylı əhaliyə malik ölkə olub.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, cəmi 63 min adamın yaşadığı ölkə tarixinin ilk uğuruna Tokio-2020 Yay Olimpiya Oyunlarında imza atıb.
Flora Daffi qadın triatlonçuların yarışında qızıl medala yiyələnib. Bunadək Bermud adaları Olimpiya Oyunlarında yalnız bir bürünc qazanıb. Monreal-1976-da boksçu buna nail olub.